Tikinti sektoruna kreditlər 35 milyon manatadək artıb | Banco.az

Tikinti sektoruna kreditlər 35 milyon manatadək artıb

Bu ilin noyabrın 1-nə tikinti sahəsinə yönələn kreditlərin ümumi həcmi 1 milyard 511,6 milyon manat olub.

Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 milyon manat və ya 2,4% artım deməkdir.

Belə ki, ötən ilin noyabrın 1-də tikinti şirkətlərinə 1 milyard 476,8 milyon manat kredit ayrılmışdı.

Artım ilin əvvəlindən və son ayla müqayisədə daha sürətli olub. Ötən ilin sonuna (1 mlrd. 369 mln. manat) nəzərən portfel 142,6 milyon manat (10,4%) böyüyüb. Son bir ayda (oktyabra nəzərən) isə 9,2 milyon manatlıq (0,6%) artım qeydə alınıb.

Xatırladaq ki, tikinti sektoruna verilən kreditlər bu ilin oktyabrın 1-nə 1 milyard 502,4 milyon manat, ötən ilin sonunda 1 milyard 369 milyon manat, ötən ilin eyni dövründə isə 1 milyard 476,8 milyon manat təşkil edirdi.