Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da Təchizat İdarəetmə İnstitutu (ISM) noyabr ayına dair istehsal sektoru Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, buna əsasən, ISM istehsal sektoru PMI noyabr ayında əvvəlki ayla müqayisədə 0,5 bənd azalaraq 48,2 bəndə enib. Bazar gözləntiləri indeksin 48,6 bəndə düşəcəyi istiqamətində idi.
İndeksin 50 bənddən aşağı olması ümumilikdə istehsalda daralma olduğunu göstərir. Məlumatlar istehsalın fevral ayından bəri daralma vəziyyətində olduğunu ortaya qoyur.
Rəqəmlər göstərir ki, istehsal fəaliyyətindəki yavaşlama xüsusilə təchizat çatdırılmaları, yeni sifarişlər və məşğulluq maddələrindəki geri çəkilmədən qaynaqlanır. Təchizat çatdırılmaları indeksi 49,3-ə, yeni sifarişlər 47,4-ə, məşğulluq isə 44 bəndə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
