Trampın açıqlamaları qızılı ucuzlaşdırıb | Banco.az

Trampın açıqlamaları qızılı ucuzlaşdırıb

ABŞ prezidenti Donald Tramp dünən, fevralın 9-da Ağ Evdə aviaşirkətlərin menecerləri il keçiridiyi görüşdə 2-3 həftə ərzində vergi islahatları ilə bağlı önəmli açıqlamalar verəcəyini bildirib. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, Trampın açıqlamasından sonra ABŞ fond birjalarında səhmlərin qiyməti yüksəlib, dollar möhkəmlənib, qlobal əmtəə bazarında qızıl isə ucuzlaşıb.

D.Tramp çıxışında "Amerika biznesinin ümumi vergi yükünü azaltmaq çöx önəmlidir və bu istiqamətdə işlər qaydasında gedir. Müəyyən olunan təqvimdən irəlidəyik. Yaxın 2-3 həftə ərzində fövqəladə qərarlar açıqlayacağıq" deyib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamadan sonra ABŞ-ın əsas fond indeksi olan "Dow-Jones" 20 206 bəndlə tarixi rekord səviyyəyə yüksəlib. USD/EUR cütlüyünün məzənnəsi 1,0650 səviyyəsinə geriləyib, qızlın qiyməti isə 1,6% azalaraq 1 225 dollar/unsiyaya düşüb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et