ABŞ prezidenti Donald Tramp Yaponiyanı düyü qıtlığına baxmayaraq ABŞ-dan düyü almadığını bildirərək, onu tariflər tətbiq etməklə hədələyib.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth” sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.
Yaponiyaya böyük hörmət bəslədiyini qeyd edən Tramp bildirib ki, bizim düyülərimizi almırlar, buna baxmayaraq ciddi düyü qıtlığı yaşayırlar:
"Biz onlara sadəcə bir məktub göndərəcəyik və uzun illər ticarət tərəfdaşı olmaqdan xoşbəxt olacağıq".
Tramp daha əvvəl 200-dən çox ölkənin hamısı ilə müqavilə bağlaya bilməyəcəklərini və yaxın 1-2 həftə ərzində bu ölkələrə ABŞ-la iş görmək üçün ödəməli olacaqları tarif dərəcələri barədə məktublar göndərəcəklərini bildirmişdi.
“Mən hamıya məktub göndərmək istərdim ki, təbrik edirəm, siz 20, 25, 40, 50 faiz tarifi ödəyirsiniz”, - Tramp bildirib.