Müəllif:Ayşən İmanova/Banco.az
“Toyota Motor” avtomobil istehsalçısı, sertifikatlaşdırma problemləri səbəbindən Yaponiyada istehsal olunan üç avtomobil modelinin tədarükünü və satışını dayandırıb.
Banco.az xəbər verir ki, dayandırma “Corolla Fielder”, “Corolla Axio” və “Yaris Cross” modellərinə aiddir. Bu avtomobilləri sınaqdan keçirərkən hökumət standartlarına cavab verməyən piyadaların və sərnişinlərin təhlükəsizliyini qiymətləndirmək üçün metodlardan istifadə edilmişdir.
“Toyota” standartlara uyğun olaraq yeni testlər aparmağı planlaşdırır və artıq satılan avtomobillərdən istifadə edilə biləcəyini qeyd edir.
Toyota səhmləri bazar ertəsi hərracların nəticələrinə görə 1,8% ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!