Tesla Apple’dan daha bahalı şirkət olacaq | Banco.az

Tesla Apple’dan daha bahalı şirkət olacaq

“Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib.

Belə ki, onun sözlərinə görə günlərin birində “Tesla” şirkəti, “Apple”dan daha bahalı şirkət olacaq. Sonuncu şirkət görüşməsində çıxış etmiş Musk, “Tesla”nın (hal-hazırki dəyəri 51 milyard dollar) “Apple”dan (hal-hazırki dəyəri 776 milyard dollar) daha baha olmasının necə reallaşması yolunu bildiyini Wall-Street analitiklərinə bildirib. Onun sözlərinə əsasən şirkət hal-hazırda Model 3 avtomobil versiyasının satışa çıxarılmasının astanasındadır. Bu avtomobil, 13 il bundan öncə avtomobil sahəsinə investisiya yatırmış Musk-ın gözləntilərini təmin etmək üçün nəzərdə tutulub. O vaxtlarda isə Musk-ın əsas məqsədi elektromobillərin, kütləvi bazara çıxarılması idi. Bununla belə Model 3-ün hazırlanması, “Tesla” şirkətinin bu ilin əvvəlində bir qədər vəsait itirməsinə gətirib çıxartdı.

Musk etiraf etdi ki, yeni avtomobil üçün seçilmiş ad, bir çoxlarında çaşqınlıq yaratdı. İlk öncə o, yeni avtomobili Model E adlandırmaq istəyirdi. Lakin artıq Model E adlı avtomobilə sahib “Ford” şirkətinin şikayətlərindən sonra ad dəyişərək Model 3 oldu. Beləliklə bu ad ilə avtomobil bir növ “Tesla”nın 3-cü platformasını təqdim edəcək. Lakin buna baxmayaraq Musk sözügedən addan heç də razı deyil. Belə ki, bir çox insanların fikrincə bu sadəcə olaraq Model S seriyasının 3-cü versiyası olacaq. Bu isə Model 3-ün satışlarına təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, Model 3-ün start qiyməti 35.000$ təşkil edəcək. “Tesla”nın sözlərinə əsasən isə Model 3-də olacaq özəlliklər, daha bahalı avtomobillərə xas olan özəlliklərdən olacaq. Nəyə görə günlərin birində “Tesla”nın “Apple”dan baha olacağını başa salan Musk qeyd edib ki, onun şirkəti hal-hazırda istehsalat prosesinin avtomatlaşdırılması üzərində çalışır. Bu özəllik isə “Tesla”nı digər avtomobil istehsalçıları arasında lider şirkət edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

©technote