Süni intellektin köməyi ilə fərdi qoxular yaratmaq mümkün olacaq | Banco.az

Süni intellektin köməyi ilə fərdi qoxular yaratmaq mümkün olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Artıq süni intellektlə fərdi qoxular yaratmaq mümkün olacaq.

Banco.az xəbər verir ki, Niderlandin interyer dizayn firması “Moooi” “EveryHuman” ilə əməkdaşlıq nəticəsində süni intellekt tərəfindən istehsal edilən fərdi otaq ətirlərini təqdim edib.

Məlum məsələdir ki, qoxular hər bir insanın emosiyaları və yaddaşı üzərində böyük gücə malikdir. Hətta qoxu insanların şüurunda xatirələr və duyğularla assosiyasi edilən güclü elementlərdən biridir. Bəs emosional vəziyyətimizə bu qədər çox təsir edən bir elementi fərdiləşdirə bilsək necə olardı?

Niderlandın “Moooi” adlı interyer dizayn firması qoxuların həyatımızdakı yerini gücləndirmək üçün addımlar atan markalardan biri olub. Belə ki, şirkət süni intellektlə dəstəklənən qoxu istehsal platforması “EveryHuman” ilə əməkdaşlıq edərək ilk dəfə süni intellekt tərəfindən istehsal olunan otaq ətirlərini Milan Dizayn Həftəsində təqdim edib.

Şəxsi ətirinizi yaratmaq üçün etməli olduğunuz yeganə şey süni intellektin sizə ünvanladığı suallara cavab verməkdir. Suallar arasında “Hansı mühitdə böyümüsünüz?”, “Həyatınızı davam etdirmək üçün hansı işlə məşğul olursunuz?” kimi şəxsiyyətinizi müəyyənləşdirməyə kömək edəcək suallar var. Cavablarınızı təhlil etdikdən sonra süni intellekt sizin unikal ətrinizi ortaya qoyur. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, siz də “EveryHuman”ın internet saytına daxil olaraq şəxsi ətirinizi yaratmağa başlaya bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et