“Süni intellekt şirkətlər üzərində təzyiq yaradır” | Banco.az

“Süni intellekt şirkətlər üzərində təzyiq yaradır”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Hazırda süni intellekt digər şirkətlər üzərində təzyiq yaradır. Onun dili çox yaxşıdır, ingiliscə əla danışır. O, hər şeyi bilir. Amma onda hamıda olmayan məlumatlar da ola bilər. Bu da çox narahatlıq yaradır”.

Banco.az xəbər verir ki, bu fikirləri “50 sualda süni intellekt” kitabının müəllifi, Boğaziçi Universiteti Kompüter Mühəndisliyi Bölümü müəllimi, professor Cem Say deyib. 

O hesab edir ki, fantastik miqdarda məlumat, böyük qrammatik bilik və səs tembrinə sahib olan süni intellekt, yalan məlumatlar təqdim edə bilər:

“Süni intellektin digər riski isə sosial media vasitəsilə insanları manipulyasiya etməyidirş Süni intellektdən sui-istifadə hallarına qarşı heç bir tədbirin alınmır. Süni intellekt fırıldaqçılığı çox asanlaşdırıb.  
Koreyada yaşlı insanlar tənhalıq səbəbindən süni intellektlə söhbət etməyə başlayıblar. Yaşlı bir adam süni intellektə "İndi 80 yaşım var, sizcə nə etməliyəm?" deyə soruşub.  Süni intellekt isə ona "indi ölməlisən" cavabını verib. Deməli, süni intellekt həmin adamın intihar etməsini təklif edir. Əgər o şəxs həqiqətən intihar edərsə, qanuni olaraq kim günahkar olacaq?"

Ən sərfəli kredit üçün müraciət et

Professor qeyd edib ki, Avropa Birliyinin süni intellektlə bağlı tənzimləməsi yeddi prinsipə xidmət edir. Bu digər tənzimləmələrdən daha uyğunu sayılır:

“Həmin tənzimləmələrə, “ayrı-seçkilik etməmək və ədalət”, “sosial və ətraf mühitin rifahı" , "məsuliyyət" kimi tənzimləmələr daxildir.  Bu, indiyə qədər hazırlanmış ən əhatəli süni intellekt hesabatıdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram