"Stellantis" Almaniyadakı istehsal fabrikinə 130 milyon avrodan çox sərmayə qoyacaq | Banco.az

"Stellantis" Almaniyadakı istehsal fabrikinə 130 milyon avrodan çox sərmayə qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Stellantis" Almaniyadakı “Eisenach” fabrikinə 130 milyon avrodan çox sərmayə qoyacağını açıqlayıb.

Banco.az xəbər verir ki, avtomobil istehsalçısı “Stellantis” ötən həftənin çərşənbə günü açıqlama verib ki, şirkət gələn ilin ikinci yarısından başlayaraq Almaniyadakı “Eisenach” fabrikinə akkumulyatorlu elektrik avtomobili (BEV) istehsalı üçün 130 milyon avrodan (140 milyon dollar) çox sərmayə qoyacaq.

Qeyd edək ki, yeni BEV modelinin 2024-cü ilin ikinci yarısında istehsala buraxılması planlaşdırılır.

Həmçinin bildirilib ki, fabrikdəki hazırkı istehsala “Opel Grandland”ın plug-in hibrid versiyaları da daxildir.

Xatırladaq ki, 1992-ci ilin sentyabrında “Opel Astra” istehsalı ilə fəaliyyətə başlayan “Eisenach” fabriki Almaniyanın Türingiya şəhərində yerləşir. Fabrik 2022-ci ildə 30 illik yubileyini 3,7 milyon avtomobil istehsalı ilə qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et