Sony şirkəti zaman-zaman növbəti nəsil PlayStation 5 oyun konsolları haqqında ətraflı məlumat verir, lakin bu günə qədər buraxılış tarixi və qiyməti ilə bağlı heç bir konkret məlumat olmayıb.
Şirkət konsolun gələn ilin milad satış mövsümü üçün satışa çıxarılacağını elan edib. Çoxları PlayStation 5-in mükəmməl təqdimatının 12 fevral 2020-ci ildə PlayStation Meeting-in illik konfransı zamanı keçiriləcəyini düşünürdü.
İndi isə internet şəbəkədə daha dəqiq məlumat peyda olub. Məlumat Twitter sosial şəbəkəsində PSErebus adlı istifadəçi tərəfindən dərc edilib. Qeyd edək ki, əvvəllər PSErebus The Last of Us: Part 2-nin dəqiq çıxmaq vaxtının proqnozu ilə fərqlənmişdi.
Beləliklə, mənbənin məlumatına görə, Sony Interactive Entertainment, Playstation 5-i 2020-ci ilin Milad mövsümü üçün bir neçə bölgədə satışa buraxacaq. O, Şimali Amerikada 20 noyabr tarixində 499 dollar pərakəndə qiymətə təqdim olunacaq.
Ted.az