Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ ilə İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmamasına baxmayaraq, əsas dəniz keçidlərindən neft axınının artması qiymətlərin aşağı düşməsinə səbəb olub. Bununla belə, neft qiymətlərinin iyul ayını təxminən 20% artımla başa vuracağı gözlənilir.
Banco.az xəbər verir ki, Brent neftinin fyuçers qiyməti 1,2% azalaraq bir barel üçün 88 dollara, ABŞ-ın WTI markalı nefti isə 1,8% ucuzlaşaraq 82,09 dollara düşüb.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdə artan gərginlik Hörmüz boğazından neft axınının bərpa olunması ilə müəyyən qədər balanslaşdırılır. Qlobal xam neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı ABŞ-nin 28-də İrana qarşı müharibəyə başlamasından sonra neft bazarlarının əsas diqqət mərkəzindədir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində təhlükəsizliyi gücləndirmək üçün çoxmillətli dəniz təhlükəsizliyi koalisiyasına rəhbərlik etməyi planlaşdırır. İranın dəstəklədiyi Yəmən husiləri isə Qırmızı dəniz üzərindən neft ixracını təhdid edən dəniz blokadası elan edib.
Bildirilir ki, Hörmüz boğazı və Qırmızı dənizdə tanker daşımaları davam etsə də, artan təhlükəsizlik riskləri fraxt və sığorta xərclərini yüksəldir.
Bizi sosial şəbəkələrdən izləyin!!
