Mərkəzi Bank neft və qazın qiyməti ilə bağlı proqnozunu açıqlayıb | Banco.az

Mərkəzi Bank neft və qazın qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci il üçün neftin orta qiymətinin 87,7 ABŞ dolları, qazın 1 000 kubmetrinin orta qiymətinin isə 327 ABŞ dolları olacağını proqnozlaşdırırıq.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

Sədr qeyd edib ki, 2027-ci il üçün proqnozlar isə müvafiq olaraq 82.8 ABŞ dolları və 294 ABŞ dollarıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram