Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı | Banco.az

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb.

Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram