Ünsiyyət sadəcə karyeranıza deyil, bütün həyatınıza təsir edən amildir. Yaxşı münasibətlər qurmaq üçün mühüm amillərdən biri doğru danışıq qabiliyyəti və yaxşı dinləyici olmaqdır.
Bəzən, mənfi ünsiyyət alışqanlıqlarımız, biz fərqində olmadan münasibətlərimizi korlaya bilər.
Bunlar hansılar ola bilər?
Sizin üçün sıralayaq:
Tez-tez insanların sözünü kəsmək.
Hər kəsin danışarkən istədiyi ən önəmli şey dinlənməkdir. Bəzi insanlar danışdıqları sözə diqqətlərini o qədər yönəldir və dinlənmək istəyirlər ki, qarşılarındakının nə dediyini dinləmir və sözünü tez-tez kəsirlər.
Sizdə də bu xüsusiyyət varsa mütləq tərgitməyə çalışın.
Danışarkən başqa şeylərə diqqət yetirmək.
Qarşınızdakı insan sizinlə danışarkən məşğul olduğunuz iş nə olursa olsun, onu bir kənara qoyun. Diqqətinizi söhbətə verin. Məsələn, ən böyük səhvlərdən biri, qarşındakı danışarkən tez-tez telefona baxmaqdır. Başınızı qaldırın və qarşınızdakını dinləyin, telefonu sonra da yoxlamaq olar.
Bezdirici cümlələr qurmaq.
“Başa sala bilirəm?”, “Sözüm sənə deyil ama...”, “Sən nə fikirləşirsən bilmirəm ama...” bu kimi cümlələrdən istifadə qaydasını bilməsəniz və ya daha çox istifadə etsəniz, bu qarşı tərəfi narahat edə bilər və sizi dinləmək istəməz.
Qarşınızdakının problemlərini özünüzkilərlə bərabərləşdirmək.
“Səni çox yaxşı başa düşürəm, mənim də vacib problemlərim var” . Xeyr, başa düşmürsünüz. Dostunuz sizinlə öz problemini paylaşarkən onu dinləməyə çalışın, öz problemlərinizdən söz açmağın vaxtı deyil.
Məsələ haqqında fikir sahibi olmadan danışmaq.
Yaxşı ünsiyyət və doğru münasibət qurmaq üçün doğru yerdə danışmaq və ya susmaq lazımdır. Yanlış təəssürat yaratmaq istəmirsinizsə, sonunun hara gedəcəyini bilmədiyiniz söhbətlər etməyin. Mövzudan xəbəriniz yoxdursa, sadəcə dinləyin.
Söhbətdən qaçmaq.
Bəzən söhbətdən qaçır, mesaj və ya e-mail yazmağı üstün tuturuq. Əslində üz-üzə ikən iki dəqiqəyə izah edəcəyimiz bir şeyi, saatlarla yazaraq izah etməyə çalışır, bəzən izah edə də bilmirik. Bu da, qarşı tərəfdə bizim haqqımızda mənfi təəssürat yarada bilər. Danışmaqdan çəkinməyin, zəng edin və ya üz-üzə danışın.
Dinləmək əvəzinə sıranın nə vaxt sizə gələcəyini gözləmək.
Eşitməklə dinləmək arasında böyük fərq var. Qarşınızdakı danışarkən onu dinləmədən nə deyəcəyinizə fikrinizi cəmləmək, həm qarşınızdakına hörmətsizlik olar, həm də söhbətdən uzaqlaşmanıza səbəb olar.
Cümlənizin sonunda tez-tez “aaa” “eee” kimi şeylər söyləmək.
Buna alışdıqdan sonra bu vərdişdən qurtulmaq bir az çətindir amma tez bir zamanda tərgitməlisiniz. Çünki bu tibli şeylər söhbət zamanı diqqəti özünə çəkir və sizin cümlələriniz təsiredicilik güçünü itirir.