SOCAR yeni istiqraz buraxa bilər | Banco.az

SOCAR yeni istiqraz buraxa bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerli bazar üçün daha bir istiqraz emissiyası həyata keçirə bilər.

Bunu SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu jurnalistlərə bildirib.

"Bununla bağlı çalışırıq. Amma istiqrazın nə vaxt buraxılacağı ilə bağlı dəqiq tarix demək mümkün deyil. İstiqrazların həcmi, hansı valyutada buraxılması, müddəti də bəlli deyil. Amma işlərimiz davam edir. Dəqiq olan odur ki, SOCAR olaraq yola çıxarkən 50 mln. dollar və daha çox rəqəmlərlə müzakirə aparmağı üstün tuturuq", - deyə A.Ağaoğlu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, Azərbaycan maliyyə bazarının inkişafı üçün də yeni istiqraz buraxılışına ehtiyac var.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et