Şirkətlərin böyüməsinə mane olan səbəblər – Anar Bayramov şərh edir | Banco.az

Şirkətlərin böyüməsinə mane olan səbəblər – Anar Bayramov şərh edir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Şirkətlər hər zaman bir çox kompromislərlə üzləşdiyindən prioritetləri birmənalı şəkildə müəyyənləşdirmək onlar üçün çətin olur.

Çox vaxt şirkətlər müxtəlif tərəflərin maraqlarını nəzərə almağa çalışır. Hətta əgər şirkət ciddi olaraq öz maliyyə göstəriciləri üzərində fikir cəmləyibsə də istənilən halda onun fəaliyyətinə bir çox yöndən baxmaq olar.

Real həyatda qərarları şirkətlər deyil, konkret insanlar qəbul edir və onların şəxsi ambisiyaları heç də həmişə reallıqla uyğun gəlmir. Hər bir şirkətin hədəflər böyümə planları var. Amma bu məqsədi hədəf seçənlərin də bilməli olduğu vacib məqamlar var.

Banco.az –ın məlumatına görə, bu barədə fikirlərini bölüşən ekspert, “Sat Group”un həmtəsisçisi Anar Bayramov hesab edir ki, əsas diqqət böyüməyə mane olan səbəblərə yönəlməlidir:

“Bu sual əsas strateji suallardan biridir. Böyümək istəyən hər bir sahibkar, şirkət rəhbəri özünə bu sualı verməlidir.Şirkətlərimizdə ən çox gözardı edilən məsələlərdən biri məhz tutumla bağlı hesabların aparılmamasıdır. Şirkətlər özlərinə daha çox satmaq, daha çox istehsal etmək, daha da böyümək üçün gücümüz varmı? kimi suallar verib cavablamağa çalışmalıdırlar”.

Bəs bir şirkətin böyüməyinə əsas əngəl darboğaz, “bottleneck” nədir?.

Ekspert bildirir ki, burada müxtəlif cavablar ola bilər:

Ən sərfəli kredit üçün müraciət et

“Böyüməyə əngəl yaradan səbəblər arasında şirkət sahibinin, rəhbərinin yanaşması, maliyyə çatışmazlığı, işçi sayı, markanın yetərincə tanınmaması, avadanlığın gücü, işin təşkilində səmərəsizlik, bilik və bacarığın çatışmaması, müştəri xidməti, yeniliyə açıq olmama, avtomatlaşma səviyyəsi, proseslərin mürəkkəbliyi, işçilərin motivasiyası, bağlılığı və s.ola bilər. Əsas məsələ odur ki, şirkətin önünü bağlayan, inkişafına mane olan əngəl açılsın”.

Maraqlıdır,bir şirkətin, müəssisənin önünü bağlayan bu əngəllər necə müəyyən olunur?

 “Bunun üçün şirkətin performansı və gücü dərindən təhlil (diaqnostika) edilməlidir. Şirkət üçün kritik olan dəyər komponentləri (satış, müştəri məmnuniyyəti, məhsul portfelinin optimallığı, marka dəyəri, müştəri portfeli, maliyyə göstəriciləri, keyfiyyət, sürətli xidmət və s.) üzrə cari vəziyyət və böyümə potensialı qarşılaşdırılmalıdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et