Sığorta haqlarının məbləğində 20,3% artım müşahidə edilmişdir | Banco.az

Sığorta haqlarının məbləğində 20,3% artım müşahidə edilmişdir

Mart ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 69,020 olmuşdur. Bu barədə məlumatı Banco.az portalı olaraq İcbari Sığorta Bürosuna istinadən veririk.

2015-ci ilin mart ayında 69,020 sayda avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 16,103-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,3 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 20,3% artım müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə 2015-ci ilin 1-ci rübü ərzində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 198,855 sayda sığorta müqaviləsi bağlanılmış və bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 15,4 milyon manat təşkil etmişdir. Keçən ilin 1-ci rübü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24,2%, sığorta haqlarının məbləğində isə 29,6% artım müşahidə edilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et