“Counterpoint Research” şirkətinin analitikləri, iPhone X modelinin komponentlərinin qiymətlərini hesablayıblar və belə qənaətə gəliblər ki, “Samsung” şirkəti, hər bir iPhone X-in satışından daha çox gəlir əldə edəcək nəinki Galaxy S8-in satışından.
Tədqiqatçıların verdikləri məlumata əsasən “Samsung”, “Apple”ın yeni modeli üçün batareya, kondensator və OLED ekran istehsal edir. Sadalanmış bu komponentlərin ümumi qiyməti isə 110$ təşkil edir. Güman olunur ki, növbəti 2 il ərzində “Apple”, 130 milyon iPhone X modeli satacaq. Bu haqda Banco.az portalı technote.az saytına istinadən məlumat verir.
Satılacaq hər bir iPhone X-dən isə “Samsung”, 110$ əldə edəcək. Satılmış hər bir Galaxy S8-dən şirkət, 202$ əldə edir. Lakin analitiklərin fikrincə Galaxy S8-in ümumi satışları 50 milyon olacaq. Başqa sözlə desək, baxmayaraq ki, satılan hər bir Galaxy S8-ə görə şirkət, ikiqat çox gəlir əldə edir, iPhone modelinin daha məşhur olmasına görə “Samsung” onun sayəsində daha çox gəlir əldə edəcək.
“iPhone X üçün istehsal olunmuş detallar sayəsində Samsung, 4 milyard daha çox gəlir əldə edəcək nəinki Galaxy S8-in satışlarından” – deyə analitiklər qeyd ediblər.