Rusiyanın Udmurtia bölgəsinin şirkətləri Qarabağın inkişafına cəlb oluna bilər | Banco.az

Rusiyanın Udmurtia bölgəsinin şirkətləri Qarabağın inkişafına cəlb oluna bilər

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Rusiya şirkətlərinin fəaliyyəti üçün geniş imkanlar var. Bu baxımdan Rusiyanın Udmurtia bölgəsinin şirkətləri də Qarabağın inkişafına cəlb oluna bilər".

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Udmurtianın ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə deyib.

"Bu gün Azərbaycanda 1 000-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Bu ölkənin 14 şirkəti həmin ərazilərdə fəaliyyət göstərmək üçün müraciət edib. Böyük potensial var və biz ondan Azərbaycan-Rusiya əməkdaşlığının xeyrinə istifadə edə bilərik", - deyə o, qeyd edib.

"Azərbaycan 30 ildən sonra işğal altındakı ərazilərini azad edib. Bu gün həmin ərazilərin ölkəyə inteqrasiyası gedir. Həmin ərazilərdə böyük layihələr icra edilir. İşğaldan azad edilmiş ərazilərin inkişaf konsepsiyası hazırlanıb. Bu ərazilərdə böyük potensial var", - deyə N.Səfərov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et