Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay ChatGPT 79,52% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub.
Banco.az "statcounter"ə istinadən xəbər verir ki, aprel ayında ChatGPT-nin payı 72,78% təşkil edirdi.
Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (13,46%), Perplexity (2,06%), Claude (2,83%) Microsoft Copilot (2,12%).
Qeyd edək ki, mayda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (79,05%) olub. Onun ən yaxın rəqibi Perplexity-nin payı isə 7,67% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
