Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada pərakəndə satışlar azalır.
Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi Avropa İttifaqı (Aİ) və Avrozonanın aprel ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.
Məlumata görə, Aİ-də pərakəndə satışlar aprel ayında aylıq müqayisədə 0,5 faiz azalıb, illik müqayisədə isə 0,9 faiz artıb. Avrozonada isə pərakəndə satışlar əvvəlki ayla müqayisədə 0,4 faiz geriləyib, illik əsasda isə 1 faiz yüksəlib.
Bazar iştirakçıları Avrozonada pərakəndə satışların aylıq 0,3 faiz azalacağını, illik isə 0,3 faiz artacağını gözləyirdilər.
Aylıq müqayisədə pərakəndə satışlarda ən böyük azalma 4,5 faizlə Danimarkada, 2,6 faizlə Rumıniyada, 1,8 faizlə isə Belçika və Slovakiyada qeydə alınıb. Ən yüksək artım isə 1,9 faizlə Litvada, 1 faizlə Maltada və 0,3 faizlə Fransada müşahidə olunub.
Aprel ayında illik müqayisədə pərakəndə satışlar ən çox 5,7 faizlə Rumıniyada, 2,1 faizlə Belçikada və 0,6 faizlə Avstriyada azalıb. Ən yüksək artım isə 8,9 faizlə Litvada, 7,4 faizlə Bolqarıstanda və 6,6 faizlə Lüksemburqda qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
