Müəllif: Tamara Mustafayeva, Banco.az
“Sberbank” maliyyə göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, Rusiyanın ən böyük bankı olan “Sberbank” cari ilin ilk yarısında 737 milyard rubl (təxminən 7,9 milyard dollar) xalis mənfəət əldə etdiyini açıqlayıb.
Bankın bəyanatında ilin ikinci rübündə isə 380 milyard rubl xalis mənfəət əldə edildiyi bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, ikinci rübdə bank tərəfindən verilən kreditlərin məbləği 6,6 trilyon rublu keçərək rekord həddə çatıb.
Xatırladaq ki, “Sberbank”ın xalis mənfəəti sanksiyalara görə ötən il ondan əvvəlki illə müqayisədə 75 faiz azalaraq 300 milyard rubla düşmüşdü.
Bizi sosial şəbəkələrdən izləyin!!