Rusiyanın beynəlxalq ödənişlərində dolların payı xeyli azalıb | Banco.az

Rusiyanın beynəlxalq ödənişlərində dolların payı xeyli azalıb

Müəllif: Mehin Qasımova/Banco.az 

Rusiyanın beynəlxalq ödənişlərində dolların payı xeyli azalıb.

Banco.az xəbər verir ki, bunu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşentnikov deyib.

İqtisadi inkişaf nazirinin sözlərinə görə, 2022-ci ildən bəri Rusiyanın beynəlxalq ödənişlərdə dolların payı 3 dəfə azalıb:

"İki il əvvəl ticarət dövriyyəsinin strukturunda dolların payı yarıya qədər idi. İndi isə rublun əhəmiyyəti ikiqat artıb. Həmçinin, bu müddət ərzində Rusiya ixracatında dost ölkələrin payı iki dəfə artıb".

Məlumata görə, Rusiyada Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında milli valyutalarla ödənişlərin payı təxminən 75 faizə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et