Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyada nağd xarici valyutanın çıxarılması ilə bağlı məhdudiyyətlər uzadılıb.
Banco.az xəbər verir ki, “Rusiya Mərkəzi Bankı” tərəfindən verilən açıqlamada banklardan nağd xarici valyuta çıxarılmasına dair məhdudiyyətlərin 9 sentyabr 2026-cı ilədək uzadıldığı bildirilib.
Açıqlamada xatırladılıb ki, Qərb ölkələri tətbiq etdikləri sanksiyalar çərçivəsində Rusiya banklarının və maliyyə qurumlarının nağd ABŞ dolları və avro əldə etməsinə qadağa qoyublar. Məhdudiyyətlərin uzadılması qərarının da məhz bu qadağanın qüvvədə qalması səbəbindən verildiyi qeyd olunub.
Bildirilib ki, “Rusiya Mərkəzi Bankı”nın Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar səbəbindən 2022-ci ilin mart ayında qəbul etdiyi qərara əsasən, ölkə vətəndaşları banklardakı xarici valyuta hesablarından yalnız rubl ilə nağd vəsait çıxara bilirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!
