Rusiya vətəndaşları Azərbaycana daha çox səyahət etməyə başlayıblar | Banco.az

Rusiya vətəndaşları Azərbaycana daha çox səyahət etməyə başlayıblar

“Bu il Rusiyadan Azərbaycana səfərlərə yüksək maraq müşahidə olunur və rusiyalılar bu ölkəyə daha çox səyahət etməyə başlayıblar”.

Bu barədə RTN xəbər yayıb.

Mütəxəssislər hesab edirlər ki, turistlər arasında görməli yerlərə və çimərlik turlarına, MICE proqramlarına və regionlara səfərlər daha populyardır.

“Russian Express” şirkətinin reklam və PR departamentinin direktoru Anna Filatovskayanın sözlərinə görə, Azərbaycan hələ 2022-ci ildə də koronavirus məhdudiyyətlərinə görə sərhədlərini bağlı saxlayırdı: “Lakin, bu ölkəyə səfərlə bağlı xeyli tələbat vardı, çünki, turistlər bu istiqamət üçün darıxırdılar”.

“Intourist” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Daria Domostroyeva vurğulayıb ki, 2022-ci ildə Azərbaycan yalnız etibarlı peyvənd sertifikatı olan turistləri qəbul edib: “Onda tələbat minimal idi, indi turist axını 20 dəfə artıb. Payızın gəlişi ilə bağlı görməli yerlərə və şəhər turlarına tələbat artıb. Bunun üçün bizdən yalnız otellər sifariş edilir. Hazırda bu istiqamətdə kifayət qədər nəqliyyat mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et