Bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq – Hərrac | Banco.az

Bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 29 sentyabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə müxtəlif nazirliklərin və qurumların balansında olan 46 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Avtomobillərin start qiyməti 600 manatdan 21 000 manata qədərdir. 1-7-ci sətirdə olan nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır. 8-17-ci sətirdə olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 18-43-cü sətirdə olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 44-45-ci sətirdə olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır. 46-cı sətirdə olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram