Müəllif:Mehin Qasımova,Banco.az
Avropada nağd puldan istifadə azalır, amma əskinasların həcmi artır.
Banco.az xəbər verir ki, Avropada gündəlik ödənişlərdə nağd puldan istifadə azalsa da, dövriyyədəki əskinasların ümumi dəyəri son 10 ildə 1 trilyon avrodan 1,6 trilyon avroya yüksəlib.
Avropa Mərkəzi Bankının məlumatına görə, bunun əsas səbəblərindən biri vətəndaşların böhranlara hazırlıq məqsədilə evdə daha çox nağd pul saxlamasıdır.
Müharibə, təbii fəlakətlər və kiberhücumlar zamanı elektrik enerjisi, internet və ödəniş sistemlərində yaranan problemlər kart və mobil ödənişləri məhdudlaşdıra bilər.
Bu səbəbdən bəzi Avropa ölkələri vətəndaşlara fövqəladə hallar üçün müəyyən miqdarda nağd pul saxlamağı tövsiyə edir. Avstriya, Finlandiya, Almaniya, İsveç və Niderland bu ölkələr sırasındadır.
