Rusiya Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına necə təsir edir? | Banco.az

Rusiya Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına necə təsir edir?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Ukraynadakı müharibə, iqlim dəyişikliyi, COVID-19-un uzunmüddətli təsirləri və bir sıra daxili və beynəlxalq amillər dünyanın bir çox ölkəsinin iqtisadiyyatını sarsıdıb. 

Buna baxmayaraq Avropada ekspertlər düşünür ki, Mərkəzi Asiya ölkələrinin  Qərbin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı tətbiq etdiyi sanksiyalardan yayınmasında böyük rolu var.

Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)  son hesabatına görə , xüsusilə Mərkəzi Asiya iqtisadiyyatları 2023-cü ilin birinci yarısında artım qeydə alıb. İlk sırada qərarlaşan Tacikistan 7,5 faiz ÜDM artımı ilə siyahıya liderlik edir. İkinci yerdə Özbəkistan (6,5 faiz), Qazaxıstan (5 faiz) və Qırğızıstan (4,6 faiz) gəlir əldə edib.

Qərb ekspertləri hesab edir ki,  Rusiya və  Belarusiya vətəndaşlarının Qərbin sanksiyalarından yayınmaq üçün pullarını və bizneslərini Mərkəzi Asiyaya köçürməyə başlaması iqtisadi inkişafa təkan verib.

Coğrafi və mədəni yaxınlıq səbəbindən  Rusiya şirkətləri xüsusilə Qazaxıstan və Qırğızıstana köçməyə daha çox üstünlük verirlər.

Dünyada bir çox insanların seçimi mütləq Qərbi Avropaya və ya ABŞ-a getmək olsa da, Mərkəzi Asiyada olmağın bəzi üstünlükləri var.

2022-ci ilin fevralında müharibə başlayandan bəri yüz minlərlə Rusiya vətəndaşının ölkəni tərk etdiyi güman edilir. Onların bəziləri  iş və yaşayış icazəsi ala bilmədiklərinə görə geri qayıtmalı olublar.

Bundan əlavə, Rusiyaya da Mərkəzi Asiyadan böyük immiqrasiya dalğası gəlir. 

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) sentyabr ayına olan hesabatına əsasən, regiondan Rusiyaya miqrasiya edən işçilər gəldikləri ölkələrə pul göndərdikləri üçün iqtisadi artıma töhfə verirlər.

Statistik məlumatlara görə sanksiya tətbiq olunan Qərb məhsulları və əmtəələri Qazaxıstan və Hindistan kimi üçüncü ölkələrə idxal edilir və sonra Rusiyaya təkrar ixrac edilir.

Avropanın müstəqil analitik mərkəzi olan “Bruegel”in araşdırmasına görə, Rusiyanın fevral ayında müharibəyə başlamaq qərarından sonra Avropanın tətbiq etdiyi  sanksiya fonunda Qərb mallarının Qazaxıstana idxalı xeyli artıb.

Bu məhsullara elektrik maşınları və hissələri, alətlər və aparatlar və nəqliyyat avadanlığı daxildir.

Mərkəzi Asiya Analitik Hesabat Bürosunun məlumatına görə , 2022-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstan şirkətləri Rusiyaya 549 milyon avrodan çox elektronika və mobil telefon ixrac edib.  Bu rəqəm 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18 dəfə çoxdur.

Onu da bildirək ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri strateji əməkdaşlığı genişləndirməyə yönələn birgə "yol xəritəsi" üzərində razılaşıblar. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel "X" hesabında yazıb.

Qeyd olunub ki, Aİ 27 ildə ilk dəfə Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin siyasi əhəmiyyətini vurğulayır və növbəti səviyyəyə çatdırmaq üçün strateji əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş sağlam birgə "yol xəritəsi" üzərində razılaşmaq barədə fikri dəstəkləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram