Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Xəbər verdiyimiz kimi, Rusiya Mərkəzi Bankı doqquzuncu iclasında əsas uçot dərəcəsi 1 faiz bəndi artırılaraq 15%-dən 16%-ə yüksəltmək qərarına gəldilər. Bu, Rusiya Federasiyası Mərkəzi Bankının pul siyasətini (MP) sərtləşdirməyə getdiyi beşinci artımdır.
Mütəxəssislər Bankın bu qərarının vətəndaşların sosial iqtisadi vəziyyəti üçün bir çox mənfi qiymətləndiriblər.
Banco.az həmin açıqlamaları təqdim edir:
Anatoli Trifonov, "BCS Forex" analitiki:
“Faiz artımının əsas səbəbləri inflyasiyanın Mərkəzi Bankın son iclasında qeyd olunan proqnoz dəhlizindən yuxarıdır. İlin sonunda inflyasiyanın 7,6%-ə yüksələcəyini gözləyirik. Faiz artımı, keçmişdə olduğu kimi, bu dəfə də vətəndaşlar və biznes üçün əmanətlərin gəlirliliyində və kredit resurslarının dəyərinin artımında özünü göstərəcək.
Biz güman edirik ki, cari faiz artımı dövrü 2024-cü ildə iqtisadi artımın kəskin yavaşlamasına gətirib çıxaracaq: gələn ilin sonuna kimi biz ÜDM-in 2023-cü ildəki 3,1%-ə qarşı 1% artımını proqnozlaşdırırıq.
Ümid edirik ki, 2024-cü ildə qiymətlərin yüksəlməsi yavaşlayacaq və əsas inflyasiya gələn il 5%-ə düşəcək. Rubl 2024-cü il ərzində həyata keçirilən sərt pul siyasəti səbəbindən möhkəmlənəcək. Ümumi iqtisadi yavaşlama fonunda 2024-cü ildə güclü artımdan sonra əmək haqqı artımları yavaşlayacaq. Pensiya və müavinətlər isə inflyasiyaya yaxın səviyyəyə indeksləşdiriləcək”.
Freedom Finance Global”ın aparıcı analitiki Natalya Milchakova:
Rusiyada iqtisadi artım üçün bu göstəricinin daha da artması pis xəbərdir. Kiçik və orta biznes üçün kreditlər əlçatmaz olacaq. Ola bilsin ki, 2024-cü ilin birinci rübündə iqtisadi artımda illik ifadədə nəzərəçarpacaq yavaşlama müşahidə olunsun. Bununla belə, çox güman ki, dekabr ayında əsas dərəcənin artırılması Rusiya Federasiyası Mərkəzi Bankının pul siyasətinin davamlı sərtləşdirilməsinə son qoya bilər. Hesab edirəm ki, 2024-cü ildə faiz dərəcələri artıq yüksəlməyəcək. Rusiya Bankının qərarından sonra məzənnə dekabrın sonuna kimi bir dollar üçün 88-93 rubl və bir avro üçün 96-102 rubl arasında dəyişə bilər.
Rusiya Federasiyası Mərkəzi Bankının bu qərarı potensial borcalanlar üçün pisdir, çünki bankların kredit faizləri artacaq. Ancaq əmanətçilərin şanslı olacaq, çünki banklar Rusiya Federasiyası Mərkəzi Bankının əsas dərəcəsini artırdıqdan sonra əmanətlər üzrə faizləri artırmağa davam edəcəklər, bu da onların sahiblərinin yaxşı pul qazana biləcəkləri deməkdir.
Tatyana Bunegina, maliyyə məsləhətçisi:
“Əsas faiz dərəcəsinin artırılması ölkə iqtisadiyyatının inkişaf tempini, xüsusən də kredit xərclərinin artması fonunda ləngiyəcək. Artıq bəzi banklarda təkrar bazarda ipoteka faizləri illik 17-20%-i keçib. Bu cür şərtlər, birincisi, aylıq ödənişlərin əlçatmaz edəcək, ikincisi, borcalanların ödəmə qabiliyyətini çətinləşdirərək bir çox vətəndaşlar üçün mənzil kreditləşməsini əlçatmaz edəcək. Eyni sözləri istehlak kreditləri haqqında da demək olar. Hüquqi şəxslərə gəlincə, faiz dərəcələrinin artırılması həm ayrı-ayrı şirkətlərin, həm də bütün sənaye sahələrinin inkişafını ləngidə bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!