Qızılın unsiyasının qiyməti, Dolların ucuzlaşması və artan geosiyasi təzyiq ilə 2013-cu ildən bu yana ilk dəfə 1400 dollar səviyyəsini keçib.
Qızıl 1.7 faiz bahalaşçaraq unsiyası 1411.63 dolları görüb. Bu, 2013-cü ilin Sentyabr ayından bu yana ən yüksək qiymətdir.
ABŞ mərkəzi bankı Fed 2019-cu ild faizi aşağı salacağına işarə edib və buna bağlı olaraq Dollar ucuzlaşıb. İnvestorlar Dolları sataraq qızıl alırlar.
Həmçinin, İranın ABŞ-a aid bir dronu vurmasından sonra bu iki ölkə arasında gərginliyin artması da qızılın bahalaşmasına səbəb olub.
Marja