“Qərb ölkələri dondurulmuş aktivləri faizlə geri qaytarmalı olacaq” | Banco.az

“Qərb ölkələri dondurulmuş aktivləri faizlə geri qaytarmalı olacaq”

Müəllif - Aida İsaq, Banco.az

Müəyyən zaman keçdikdən sonra Qərbdə dondurulmuş Rusiya vəsaitləri geri qaytarılaraq yaranan müvafiq itkilər avropalı vergi ödəyiciləri tərəfindən qarşılanmalı olacaq.

Banco.az xəbər verir ki, bunu Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov bildirib ki. Onun sözlərinə görə, Avropa İttifaqı, G7 nə qədər bu barədə geniş müzakirələr aparmağa çalışsa da, aktivlərin müsadirə edilməsi hüquq normalarına ziddir. Eyni zamanda, o, bildirib ki, Aİ Şurasının hüquq xidməti əslində Rusiya aktivlərinin geri qaytarılmalı olduğunu etiraf edib. 

Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra ölkənin valyuta ehtiyatlarının təxminən yarısı (təxminən 300 milyard dollar) Qərb ölkələri tərəfindən dondurulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et