Müəllif: Gülbəniz Hüseynli/Banco.az
“Qiymətləndirmə fəaliyyəti haqqında qanunun yenilənməsi vətəndaşın kredit ödənişini edə bilməyəcəyi halda hər hansı bir mexanizm güzəşt nəzərə almır. Vətəndaş krediti ödəyə bilməyəcəksə, kreditə qoyduğu girovu təhvil verməlidir”.
Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. “Qiymətləndirmə fəaliyyəti haqqında qanunun” yenilənməsi ilə əlaqədar vətəndaşların borclarını gecikdirəcəyi təqdirdə onları gözləyən problemlər barədə sualı cavablandıran ekspert izah etdi ki, vətəndaş müqavilədə götdüyü öhdəliklərə görə əsas məbləğ, faiz, gecikdirilmiş günlərə görə belə hesablanmış dəbbə pulu yəni məhkəməyə qədər çıxana qədər olan hissədə toplanmış bütün məbləğləri ödəmək məcburiyyətindədir:
“Vətəndaş borc götürürsə, borcunu ödəməlidir, borcunu ödəmirsə, girov qoyduğu əmlak hərracda realizasiya olunur, borcun ödənişinə yönəlir. Hətta girov qoyulan əmlak realizasiyadan sonra borc tam bağlanmırsa, vətəndaş yenidən öz borcunun qalıq hissəsini ödəməlidir”.
Qanuna yeniliklər barədə danışan ekspert ölkədə qiymətləndirmə fəaliyyətinin sərbəst buraxıldığını vurğulayaraq bildirdi ki, burada diqqət ediləsi mühüm məqamlar var:
“Qiymətləndirmə fəaliyyətinin nəticələri cəmiyyət üçün çox maraqlıdır. Bir bankın vətəndaşın əmlakına uyğun nə qədər kredit verə bilməsi önəmli məsələdir. Çünki əmlaka uyğun daha çox kredit götürmək imkanları yaranırsa, bundan istifadə etməlisən. İkinci məsələ burada bankların özünün risklərinin sığortalanması ilə bağlıdır. Banklar müxtəlif yollarla akkreditasiya edilmiş qiymətləndiriciləri müəyyənləşdirmişlər. İndiki “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qiymətləndiricilərin məsuliyyətini, qiymətləndirmə fəaliyyəti üzərində nəzarəti artırdı. Onlar artıq işlərini daha məsuliyyətli şəkildə qurmalıdırlar. Qanun bunu tələb edir. Bu sahədə vəziyyəti, fəaliyyətin nəticələri cəmiyyət üçün müəyyən münasibətlər yaratdığına görə onun daha dəqiq tənzimlənməsinə ehtiyac var idi”.
Bizi sosial şəbəkələrdən izləyin!!