"Qala Sığorta"nın kapitalı azalıb, zərərdədir | Banco.az

"Qala Sığorta"nın kapitalı azalıb, zərərdədir

"Qala Sığorta" 1 yanvar 2018-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.

Hesabatlara əsasən, şirkətin sözügedən dövrdə, cəmi aktivləri 15,050 mln. manat olub. Bu isə 2017-ci ilin əvvəli ilə müqayisədə 37% çoxdur. Cəmi aktivlərin tərkibində isə uzunmüddətli aktivlərin həcmi 1,010 mln. manat, qısamüddətli aktivlərin həcmi 14,041 mln. manat təşkil edib.

Şirkətin öhdəliklərinin həcmi isə hesabat ilinin əvvəlindən 2 dəfədən çox artaraq 7,778 mln. manata çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkətinin kapitalında isə azalma müşahidə olunub. Belə ki, 1 il ərzində şirkətin kapitalı 7,8% azalaraq 7,891 mln. manatdan 7,272 mln. manata düşüb. Qey edək ki, şirkətin nizamnamə kapitalının həcmi  8,050 mln. manatdır.

"Qala Sığorta" ötən ili zərərlə başa vurub. 

Belə ki, 2017-ci il ərzində cəmi gəlirləri 10,660 mln. manat, cəmi xərcləri isə 11,278 mln. manat olan sığorta şirkəti, ötən ili 618,895 min manat xalis zərərlə başa vurub.