Pul debatı: Çox pul çap edək yoxsa varlanaq? | Banco.az

Pul debatı: Çox pul çap edək yoxsa varlanaq?

Çox pul çap etmək və varlanmaq? Əslində necə başa düşməliyik.

Hərkəs müəyyən yaşa qədər “pul dövlət tərəfindən çap olunursa, bu sıxıntılar nəyə lazımdır. Emissia et, hər kəsin çibi dolu olsun.”. Lakin məsələ o deyil, əsas məsələ insanın bu cümlənin gülünc olduğu qənaətinə gəldiyi gün yenədə müəyyən sualların bu mövzu ətrafında mövcud olmasındadır.

Pul əslində nədir-kağız parçası. Saxtasının dələduzlar tərəfindən çıxarılmasının qarşısını almaq üçün müxtəlif müdafiə vasitlərinin(su nişanı, müdafiə sapı, holoqram və s.) üzərində mövcüd edildiyi kağız parçası. Bəs nə üçün biz bu kağız parçasının əldə edilməsinə çox qiymətli zamanımız, zəhmətimizi sərf edir, bu kağız müqabilindəyenə çox qiymətli əmtəə və xidmətlərə ala bilirik. Cavab, bu kağızı tədavülə buraxan dövlətə,sistemə, idarəetməyə güvənirik. Yəni pul ilə nəyisə satıb alarkən bir başqa yerdə eyni vasitə ilə xidmətlərdən faydalanma imkanını yaradır.

Durğunluq dönəmində ölkələr pul çap etməyə və ya Quantitative Easing (Mərkəzi Bankların faizləri azaldıb,bazarda pul kütləsini artırması) kimi vasitələrdən istifadə edirlər. Lakin pul kütləsinin lazımi səviyədən artıqlığı inflyasiyaya və hiper inflyasiyaya səbəb olma kimi təhlükəsi var.  Məsələn Venesuela bu dediyimiz baş verməkdədir. Bir ABŞ dolları rəsmi məzənnəyə görə 800 Venesuela bolivarı edir. Qeyri-rəsmi (qara-bazar) bu qərəm 16,500-dür. Bura Zimbabve, Şm.Koreya və s. əlavə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bəs madam ki, yüklü miqdarda pul təklifi bazarda xaotik vəziyyətə gətirib çıxarır, bəs nə üçün ölkələr bunu davam etdirir. Amerikada 2008 durğunluğundan sonra ekspert və savadlı ixtisas sahibi insanların məsləhəti ilə bu  prosesi həyata keçirən dövlətləri nəzərə almasaq, Braziliya, Meksika, Hindistan və Çin kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda hər il milyonlarla insan yoxsulluqdan çıxır. Beləliklə, hökumət sakinlərə pul təklif edir, onlar da pula təlabatlarını qalşılayırlar.Artan pul kütləsi iqtisadiyyatdakı çatışmazlıqla tarazolmalıdır, əks halda bayaq qeyd etdiyimiz kimi ciddi iqtisadi çöküş baş verər, verir.

Fuad Vahabzadə

Ən sərfəli krediti almaq üçün müraciət et