Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını azaldıb | Banco.az

Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 18 milyon 713 min dollar və ya 21,1% azalıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Qazaxıstana qeyri-neft ixracının dəyəri 70 milyon 171 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 88 milyon 884 min dollar olub. 

Qeyd edək ki, ilk 9 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 649 milyon 165 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram