Prezidentin köməkçisi: Azərbaycan milli iqtisadiyyatın strateji "yol xəritəsi"ni yaradır | Banco.az

Prezidentin köməkçisi: Azərbaycan milli iqtisadiyyatın strateji "yol xəritəsi"ni yaradır

Azərbaycanda orta və uzunmüddətli dövrdə ölkənin dayanıqlı iqtisadi inkişafı üçün ölkə başçısının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq milli iqtisadiyyatın və prioritet sektorların strateji "yol xəritəsi"nin yaradılması üzrə işlərə start verilib.

Trend-in məlumatına görə, bunu Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, "yol xəritəsi"nin əsas məqsədləri iqtisadi artımın dayanıqlığını təmin etmək, zəruri iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək yardımçı sektorların inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsidir: "Strateji "yol xəritəsi" iqtisadiyyatın yeni modelinin inkişafına kömək edəcək".