Hər zaman gənclərə göstərdiyi qayğı və diqqətə görə fərqlənən PAŞA Sığorta şirkəti onların təhsili və gələcək inkişafı üzrə yenilikləri davam etdirir.
Qeyri-həyat sığorta bazarının lider şirkəti hesab edilən PAŞA Sığorta və ölkəmizin qabaqcıl ali təhsil ocağı olan Azərbaycan Dövlət İqtisad Universiteti arasında 14 aprel 2023-cü il tarixində qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova tərəfindən imzalanan memorandumun şərtlərinə əsasən şirkət və universitet tələbələrin təhsil və karyera inkişafı üzrə bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Bu istiqamətlər arasında tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, Universitetin kontingenti üçün PAŞA Sığorta tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, şirkətin əməkdaşlarının Universitetdə qonaq spiker qismində çıxış etməsi, Universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi və bu kimi digər layihələr mövcuddur.
Universitetdə baş tutan imza mərasimində, həmçinin müəllim heyəti və PAŞA Sığorta şirkətinin nümayəndələri iştirak edib. Görüş müddətində Ədalət Muradov universitetin uğurları, müəllim kollektivi, tələbələr üçün həyata keçirilməsi planlaşdırılan layihələr haqqında məlumat verib. Ülviyyə Cabbarova isə şirkətin tələbələr və gənc kadrlar üçün yaratdığı imkanlardan, sığorta sektorunun inkişafı, gənclərin bu sahəyə marağının artırılması üçün şirkət tərəfindən atılan addımlardan bəhs edib.
Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bizi sosial şəbəkələrdən izləyin!!