PAŞA Bank Azərbaycanın “Nağdsız ödənişlər üzrə Lider Bankı” adına layiq görülmüşdür | Banco.az

PAŞA Bank Azərbaycanın “Nağdsız ödənişlər üzrə Lider Bankı” adına layiq görülmüşdür

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank 2017-ci ilin yekunlarına görə yerli bazarda “Nağdsız ödənişlər üzrə Lider Bank” adına layiq görülmüşdür. Bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilmişdir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə bu mükafatın alınması dövlət tənzimləyici orqanı tərəfindən Azərbaycanda nağdsız ödənişlərin inkişaf etdirilməsində Bankın  əhəmiyyətli rolunun təsdiq edilməsinin təzahürüdür.

Ən sərfəli kredit üçün müraciət et

"Bununla yanaşı, PAŞA Bankın 2017-ci ildə əldə etdiyi nailiyyətləri 2018-2020-ci illəri əhatə edən yeni İnkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində müəyyən edilmiş məqsəd və vəzifələr ilə həmahəngdir. Növbəti 3 il ərzində biz səylərimizi biznes fəaliyyətlərimizin transformasiyasına  və rəqəmsal kanalların inkişaf etdirilməsinə yönəldəcəyik, bu isə bizə müştərilərin xidmətlə təmin edilməsinin yeni səviyyəsinə nail olmağımıza imkan verəcək", - deyə Kazımov fikirlini tamamladı.

Qeyd edək ki, PAŞA Bankın müştərisi olan hüquqi şəxslər tərəfindən həyata keçirilən ödənişlərin və valyuta mübadiləsi əməliyyatlarının təxminən  90%-i artıq Bankın İnternet bank xidməti vasitəsilə həyata keçirilir.