Pandemiya Azərbaycanın bank sektoruna necə təsir edib? | Banco.az

Pandemiya Azərbaycanın bank sektoruna necə təsir edib?

Azərbaycanın güclü xarici iqtisadi göstəriciləri əsas müsbət reytinq amili olaraq qalacaq və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən idarə olunan böyük həcmli xarici aktivlər (31 mart 2020-ci il tarixinə təqribən 41,3 milyard ABŞ dolları) tərəfindən dəstəklənəcək.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, COVID-19 pandemiyasının iqtisadiyyata təsirini qiymətləndirmək hələ də çətindir və bu vəziyyətin nəticələri indi güman etdiyimizdən də pis ola bilər: “İqtisadi artımın bərpa tempi həm də stress amillərinin məhdudlaşdırılmasına və iqtisadiyyatın və ev təsərrüfatlarının dəstəklənməsinə yönəlmiş siyasi addımlardan asılı olacaq”.

Hesabat müəlliflərinin fikrincə, qısamüddətli perspektivdə iqtisadi artım tempinə əlavə təzyiq COVID-19 pandemiyası səbəbi ilə iqtisadi aktivliyin azalması ilə əlaqədar ola bilər, pərakəndə satış sektoru və hotel biznesinə təsir xüsusilə nəzərə çarpacaq.

S&P Azərbaycan bankları üçün risklərin artacağını gözləyir və bu, onların biznesinin artım templərinə və mənfəət göstəricilərinə məhdudlaşdırıcı təsir göstərə bilər.

“Hesab edirik ki, bu hal qalmaqda olan xarici çatışmazlıqlarla birlikdə yekunda bankların kapital ehtiyatlarının həcminə və bəzi hallarda resurs bazasının sabitliyinə güman etdiyimizdən daha çox mənfi təsir göstərə bilər. Üstəlik, 2019-cu ildə kreditləşmə həcmlərin bərpa olunmasına (əsasən pərakəndə seqmentdə) baxmayaraq, hələ də Azərbaycan iqtisadiyyatının korreksiya mərhələsində olduğunu və bunun bank sektoruna güclü təsir göstərdiyini düşünürük.

Baza ssenarimizdə çətin iqtisadi vəziyyətin bir çox korporativ və fərdi borcalanların, eləcə də kiçik və orta sahibkarların borc öhdəliklərini yerinə yetirmək qabiliyyətlərinin pisləşməsi ilə nəticələnəcəyini düşünürük. Proqnozlarımıza görə, problemli kreditlərin payı 2020-ci ildə 12-15% olacaq. Hərçənd bu göstərici 2019-cu ilin sonunda təxminən 8% idi. Kreditlər üzrə mümkün itkilər üçün ehtiyatların formalaşması ilə əlaqəli əlavə xərclərin bankların gəlirliliyinə təsiri 2020-2021-ci illər arasında bölüşdürülə bilər ki, bu da bankların kapital ehtiyatlarının azalmasını bir qədər məhdudlaşdıra bilər.

2020-ci ildə Azərbaycan bankları tərəfindən yeni kreditlərin verilməsi tempinin azalacağını, ehtiyat xərclərinin isə bank sektorundakı orta kredit portfelinin 4%-nə qədər artacağını (2015-2019-cu illərdə bu göstərici orta hesabla 3,2% olub) gözləyirik. Yekunda bəzi banklar nəticəni yalnız ziyana getməmək səviyyəsində nümayiş etdirə biləcəklər. 2019-cu ilin sonuna olan məlumata görə, ev təsərrüfatlarının və korporativ borcalanların borclanma həcmi Azərbaycanın ÜDM-inin müvafiq olaraq 8,5% və 10,2%-ni təşkil edib. Bank sektorunun sahə və ölkə risklərinin qiymətləndirilməsinə (Banking Industry Country Risk Assessment - BICRA) görə, bu göstərici müqayisə olunan bir sıra ölkələrdən – Gürcüstan, Tunis və Yunanıstandan daha aşağıdır”, - hesabatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Reytinq agentliyinin analitiklərinin fikrincə, Azərbaycan bank sisteminin resurs bazası müştəri əmanətlərinin nisbətən yüksək olması və xarici maliyyələşmədən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, son illərdə manatın kəskin devalvasiyasından sonra fondlaşdırma payının xarici valyutada artması (müştəri vəsaitlərinin 60%-dən çoxu) səbəbi ilə aktivlərdə və öhdəliklərdə davamlı disbalans yaranıb: “Biz saxlanmaqda olan bu valyuta disbalansını risk kimi nəzərdən keçirməyə davam edirik, xüsusilə 2020-ci ilin birinci rübündə neftin qiymətinin düşməsi nəticəsində manata artan təzyiqlər fonunda.

İqtisadiyyata artan təzyiqlərə və mövcud vəziyyətin qeyri-müəyyənliyinə baxmayaraq, əsasən Azərbaycanda fəaliyyət göstərən, emitentin kredit reytinqi təyin olunan bankın reytinqinin baza səviyyəsini “b+” kimi qiymətləndiririk. Fikrimizcə, reytinqə bu ölkənin bank sektoruna xas olan risklər daxildir: artan kredit riski, iqtisadiyyatın tsiklik xarakteri ilə əlaqəli risklər və bu illər ərzində baş verən olduqca aqressiv kreditləşmə təcrübəsi”.

“S&P Global Ratings” koronavirus pandemiyasının yayılma sürəti və pik həddə çatma vaxtı ilə bağlı yüksək qeyri-müəyyənliyin olduğunu anlayır: “Bəzi ölkələrin hökumət orqanlarının qiymətləndirmələrinə görə, xəstəlik 2020-ci ilin ortalarında pik həddə çatacaq. Biz bu fərziyyəyə əsaslanaraq pandemiyanın iqtisadi və kredit nəticələrini qiymətləndiririk. Hesab edirik ki, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün atılan tədbirlər dünya iqtisadiyyatını tənəzzülə uğratdı. Hazırda vəziyyət inkişaf mərhələsindədir və dəyişikliklərə uyğun qiymətləndirmələrimizi və fərziyyələrimizi yenidən nəzərdən keçiririk”.

S&P-nin versiyasına görə, Azərbaycanın kredit reytinqləri “BB+/B” səviyyəsində qalıb, suveren reytinqlərdə dəyişikliklərin proqnozu “sabitdir”.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et