İstehlak qiymətləri indeksi müəyyən vaxt intervalı çərçivəsində əhali tərəfindən qeyri-istehsal məqsədilə istehlak edilən mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin dəyişməsini xarakterizə edən indeksdir.
Buraya bütün zəruri tələbat malları (ərzaq və qeyri-ərzaq) və xidmətləri daxil edilir.
Hər bir mal və xidmətin bu indeks əsasında formalaşan səbətdə öz xüsusi çəkisi vardır və ayrı-ayrı komponentlərin qiymət dəyişməsi bu çəkilərə uyğun olaraq yekun indeksin formalaşmasında iştirak edir. İstehlak Qiymətləri İndeksi Dövlət Statistika Komitəsi tərəfindən hesablanır.
Mənbə: cbar.az
Bizi sosial şəbəkələrdən izləyin!!