Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin sentyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 465 ədəd təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Ümumi bankomatların 1 859-u Bakının, 1 606-sı regionların payına düşüb.
İllik müqayisədə ümumi bankomatların sayı 267 ədəd, Bakı şəhəri üzrə 163 ədəd, regionlarda isə 104 ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!