Bazar dəyərinə görə dünyanın ən böyük investisiya şirkətləri | Banco.az

Bazar dəyərinə görə dünyanın ən böyük investisiya şirkətləri

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qlobal maliyyə bazarlarında ən böyük rol oynayan qurumlardan biri də investisiya şirkətləridir. Bu şirkətlər yalnız sərmayə yönləndirməklə kifayətlənmir, həm də dünya iqtisadiyyatının gedişatına təsir edən əsas oyunçular sayılır.

Onların bazar dəyəri, maliyyə gücü və idarə etdikləri aktivlər, həm investorların etimadını, həm də beynəlxalq iqtisadi sabitliyi əks etdirir. Dünyadakı bazar dəyərinə görə ən böyük investisiya şirkətlərini bilmək maliyyə sektorundakı güc balansını anlamağa kömək edir. 

Banco.az “Companies market cap”a istinadən bazar dəyərinə görə dünyanın ən böyük 10 investisiya şirkətini təqdim edir (9 oktyabr 2025 tarixinə)

Berkshire Hathaway (ABŞ) - 1,1 trilyon dollar

Prosus (Niderland) - 317,4 milyard dollar

Morgan Stanley (ABŞ) - 248,5 milyard dollar

International Holding Company (BƏƏ) - 239 milyard dollar

SoftBank (Yaponiya) - 214,3 milyard dollar

Blackstone Group (ABŞ) - 199,5 milyard dollar

BlackRock (ABŞ) - 180,4 milyard dollar

KKR & Co. (ABŞ) - 115,4 milyard dollar

Welltower (ABŞ) - 113,1 milyard dollar

Prologis (ABŞ) - 107,7 milyard dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram