AccessBank, mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS) üçün enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə Global Climate Partnership Fund S.A. (GCPF, responsAbility Investments AG tərəfindən idarə olunur) ilə 7,5 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi imzalayıb.
Bu, GCPF ilə əməkdaşlığın ikinci mərhələsidir. Birinci tranş 2023-cü ilin dekabr ayında, COP29 ərəfəsində uğurla həyata keçirilmiş və yaşıl layihələrin maliyyələşdirilməsinə yönəldilmişdi. Yeni, daha böyük həcmli tranş Azərbaycanın yaşıl inkişaf gündəliyinin dəstəklənməsinə xidmət etməklə yanaşı, AccessBank-ın ekoloji dayanıqlı həllərin və məsuliyyətli biznes təcrübələrinin təşviqində rolunu daha da möhkəmləndirir.
“GCPF ilə əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın iqtisadiyyatının dekarbonizasiyası ilə şaxələndirilməsinə töhfə verməkdən qürur duyuruq. Yaşıl maliyyələşmənin genişləndirilməsi həm dayanıqlı iqtisadiyyatın formalaşmasına, həm də mikro, kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli dəstək olacaq.”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir