ADY bu il 300-ə yaxın blok-qatar qəbul edib | Banco.az

ADY bu il 300-ə yaxın blok-qatar qəbul edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib.

ADY-dən verilən məlumata görə, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir.