ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin 2020-ci ildə neft ixracından əldə edəcəyi xalis gəlirin təxminən 323 mlrd. ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Sözügedən göstərici qeydə alınsa, bu, son 18 ildə verilən ən aşağı proqnoz olacaq.
"Xam neftə olan qiymətlərin və ixrac həcmlərinin aşağı səviyyədə olması ixrac gəlirlərində gözlənilən azalmaya səbəb olur", - məlumatda deyilir.
Məlumatda həmçinin vurğulanır ki, neftin ucuzlaşması yeni növ koronavirusun (COVID-19) yayılması ilə bağlı neft məhsullarına olan tələbatın azalması nəticəsində baş verib.
Ötən il OPEC ölkələrinin neft ixracından əldə etdiyi xalis gəlir 595 mlrd. dollar olub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!