On ay ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 milyard manatı ötüb | Banco.az

On ay ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 milyard manatı ötüb

Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14.445,8 milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hazırladığı hesabata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Kredit qoyuluşunun 11.649,6 milyon manatı və yaxud 80,6 faizi özəl bankların payına düşüb. Bu illik müqayisədə 10,6 faiz çoxdur. Son 1 ildə özəl bankların kredit qoyuluşundakı xüsusi çəkisi isə 81,6 faizdən 80,6 faizə düşüb.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2.425,4 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,2 faiz çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 15,2 faizdən 16,8 faizə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 370,9 milyon manat olub. Bu isə illik müqayisədə 5,4 faiz azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 3,2 faizdən 2,6 faizə düşüb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et