Ölkədə istehlakçıların əmtəə və pullu xidmətlərə xərclədiyi vəsaitin həcmi açıqlanıb | Banco.az

Ölkədə istehlakçıların əmtəə və pullu xidmətlərə xərclədiyi vəsaitin həcmi açıqlanıb

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 22,8 mlrd. manat olmaqla 2018-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6 faiz artıb. Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 2,6 faiz üstələyərək 21,9 mlrd. manata bərabər olub, onun 47,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-iyun aylarında istehlak bazarında bir istehlakçı orta hesabla ayda 383,8 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et