Şəhərin qubernatoru Endro Kuomo və meri Bill de Blazio Nyu-York Şəhər Nəqliyyat İdarəsinin yenidən qurulması barədə 10 maddədən ibarət yeni plan təqdim ediblər. Bu planda günün nəqliyyatın hərəkəti ilə bağlı qaynar vaxtlarında şəhərin mərkəzinə giriş üçün nəqliyyat vasitələrindən əlavə yığım və vergi tutulması nəzərdə tutulur. Yığılan əlavə vəsait və vergi Şəhər Nəqliyyat İdarəsinin maliyyələşdirilməsinə yönəldiləcək və həmin vəsaitlərin xərclənməsində infrastrukturun təkmilləşdirilməsinə üstünlük veriləcək. Şəhər meri və qubernator hesab edirlər ki, bu cür tədbirlər baza tariflərinin artırılmasının illik 2 faizlə məhdudlaşdırılmasına imkan yaradacaq. Bu artım isə inflyasiya ilə bağlı edilir.
Vergiler.az