Azərbaycanda notariat kontorlarında çalışanlar icbari şəkildə sığortalanacaq. Məlumata görə, bu, “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na edilən dəyişikliklərdə nəzərdə tutulub. Qaydalara görə, notarius fəaliyyətinə başlamaq üçün sığorta girovunun ödənilməsi haqqında sənədlə yanaşı, notariusun məsuliyyətinin sığortalanmasına dair müqavilənin surəti də təqdim edilməlidir.
"Atasığorta"dan verilən məlumata görə, notariusların sığortası üçün sığorta tarifi təqribən 7-5% arasındadır. Yəni mülki məsuliyyətini məsələn, 100 min manat məbləğində sığortalamaq üçün illik ödəniş 700-800 manat ətrafında olacaq.
fins.az