Niyə iqtisadçılar musiqi haqda anlayışa sahib olmalıdılar? | Banco.az

Niyə iqtisadçılar musiqi haqda anlayışa sahib olmalıdılar?

İngiltərə bankının baş iqtisadçısı Endi Holdeyn musiqinin insanlara təsiri haqda öz həmkarlarına məsləhətlər verir. O, faiz dərəcələrini artırmadan öncə ölkə əhalisinin musiqi zövqünü araşdırmağı tövsiyə edir. Burda maraqlı bir sual ortaya çıxır musiqi iqtisadi məsələlərə necə təsir edə bilər?

Bütün məsələ iqtisadi vəziyyətlə bağlıdır. Musiqi bir növ insanların aqressiya dərəcəsini qiymətləndirməyə şərait yaradır. Məsələn, əgər insanlar çox pessimistilərsə və iqtisadi irəliləyişi mənfi qəbul edirlərsə, onda məcbur qalmadıqca kredit götürməyəcəklər. Bu isə öz növbəsində iqtisadiyyatın zəifləməsinə gətirə bilər.

Daha öncəki dövrdə də iqtisadi araşdırmaçılar iqtisadi analiz apararkən dili, online xəbərləri təhlil edirdilər. Lakin daha sonra Klermontdan olan araşdırmaçılar mövzunu başqa təhlil yolu ilə analiz etməyə başladılar. Belə analiz vasitəsi kimi Spotify musiqi platformunu göstərmək olar. Beləki, burda ilk 100-lüyə daxil olan musiqilər ölkə əhalisinin psixologiyasını analiz etməyə şərait yaradır. Bu üsul anket və digər üsullardan daha faydalıdır, çünki musiqiyə qulaq asan insan qeyri-iradi ruh vəziyyətinə uyğun musiqi seçimi edir.

Ən sərfəli kredit üçün müraciət et

Musiqinin təsirinin əsas səbəbi onun emosional təsirə malik olmasıyla əlaqədardır. Musiqinin tempi, sözləri və ritmi insanlara bərabər təsir etsə də, ona məxsus sözlər olması hər region üçün fərqli xarakter daşıyır. Məhz belə tərəflər insanlara xüsusi təsir göstərir. Musiqinin janrına görə insanların hansı əhval-ruhiyyədə olmasını təyin etmək çətin olmur.

Klermont universiteti 2008-ci ildə iqtisadi krizisdən əvvəl və sonra bu təsiri araşdırıb  və bu nəticəyə gəliblər ki, daha aqresiv mahnılara maraq artıb, əksinə müsbət mövzulara müraciət azalıb.

Burdan belə nəticəyə gəlmək olar ki, artıq Spotify Apple Music kimi nəhəng musiqi şirkətləri yalnız musiqi bazasına deyil, həmdə çox mühüm məlumat bazasına malikdirlər. Bu bazadan istifadə edərək hər regiona uyğun iqtisadi proqnoz və ya təkliflər planı hazırlamaq olar (məsələn onların gəlir səviyyəsini nəzərə alaraq).

Bu ideya çox qəribə görünsə də regiondakı insanların psixi vəziyyətin təhlili iqtisadi analiz üçün yararlı ola bilər.

Nəcibə Yusifova, banco.az